Prezident İlham Əliyevin sərəncamı ilə Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sahir Məmmədxanov əvvəllər vergilər xidmətində işləyib.
Viral.az-ın məlumatına görə, Sahir Məmmədxanov 2020-ci ildə vergilər nazirinin 1-ci müavini postundan azad edilmişdi.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov 1993-cü ildən Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.
1999-cu ildən “İri vergi ödəyiciləri ilə iş üzrə” Baş İdarə rəisinin müavini, daha sonra 2001-ci ilədək Baş İdarənin rəisi vəzifəsində çalışıb.
2001-2009 – cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsini tutub.
Ölkə başçısının 4 mart, 2009-cu il tarixli sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə, 29 mart, 2016-cı il tarixli sərəncamla isə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, 2020-ci ilin 14 mayında ildə vergilər nazirinin 1-ci müavini vəzifəsini itirmişdi.