Sahibkara məxsus üç obyekt yandı – FOTO

Oğuzun Kərimli kəndi ərazisində yerləşən və hər biri fəaliyyətdə olan aptek, geyim mağazası və baytarlıq aptekində hələlik bəlli olmayan səbəbdən güclü yanğın qeydə alınıb.

 

Viral.az xəbər verir ki, yanğın hadisəsi aptekin yerləşdiyi otaqdan başlayıb. Daha sonra alov güclənərək bitişik binadakı baytarlıq apteki və geyim mağazasının da daxil olduğu ümumi sahəsi 170 m² olan obyekti əhatə edib. Yanğın zamanı aptek və içərisindəki dərman preparatlarının böyük hissəsi yanıb. Geyim mağazası və baytarlıq aptekinin tavan hissəsinə də ciddi ziyan dəyib.

Son Yazılar:

 

Hadisə yerinə cəlb edilən Oğuz Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyətinin səyi nəticəsində yanğın söndürülüb.

 

Hadisə zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.