Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başa çatıb.
Viral.az xəbər verir ki, qarşılaşma İspaniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal “status-kvo”nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağa necə təsir etdiyini AÇIQLADI
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Bununla da ispanlar Avropa çempionatının finalına vəsiqə qazanıblar.
Qeyd edək ki, növbəti finalçı bu gün baş tutacaq Niderland-İngiltərə oyunundan sonra məlum olacaq.