“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 2 dollara yaxın ucuzlaşıb.
Viral.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,40 ABŞ dolları, yaxud 1,55 % azalaraq 88,89 ABŞ dolları təşkil edib.
Son Yazılar:
- ABŞ dövlət borcu AÇIQLANDI
- Rusiya Tramp dönəmi üçün ABŞ-yə yeni səfir GÖNDƏRİR
- Borrel bu ölkəyə getdi və İsrailə təzyiqə çağırdı
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.