2024-cu ilin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri bu il baş tutacaq ikinci böyük hadisədir.
Viral.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti haqqında danışarkən deyib.
Son Yazılar:
- Elektrik təchizatı şəbəkəsinə qoşulmada mövcud vəziyyət və fəaliyyətin qiymətləndirilməsi
- Tikinti işləri aparanların nəzərinə – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
O qeyd edib ki, qarşıdakı əsas məsələ seçki prosesinin qanunvericiliyin bütün tələblərinə cavab verməklə keçirilməsini təmin etməkdir:
“Parlament seçkiləri ilə bağlı işğaldan azad edilmiş daha altı rayonda səkkiz daimi seçki məntəqəsi yaradılıb. Bu günə qədər azad edilmiş ərazilərə 1997 ailə köçürülüb. Ümumilikdə həmin ərazilərdə 26 seçki məntəqəsi fəaliyyət göstərəcək”.