Ermənistan Azərbaycanla onilliklər boyu davam edən münaqişəyə son qoya biləcək sülh müqaviləsi bağlamağa yaxındır.
Viral.az xəbər verir ki, bunu iyulun 10-da İrəvanda keçirdiyi brifinqdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer bildirib.
O əlavə edib ki, Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələri barışıq üçün danışıqları davam etdirirlər. Pauer əmin edib ki, Birləşmiş Ştatlar Ermənistana bu tarixi məqamdan istifadə etmək üçün əlindən gələn köməyi edəcək.
Son Yazılar:
- Makron İsrailə silah tədarükünü dayandırmağa ÇAĞIRDI
- Bir gündə 5 mindən çox livanlı Suriyaya KEÇDİ
- Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı VURDU
“ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Birləşmiş Ştatlar Ermənistana demokratiyanı gücləndirmək və Azərbaycanla sülh əldə etməkdə kömək etməyə hazırdır. Mən bu gün ona görə buradayam ki, Ermənistan firavanlığa nail olmaq, öz demokratiyasını möhkəmləndirmək, insanların çoxdan arzuladığı sülhə nail olmaq imkanına malikdir. Birləşmiş Ştatlar Ermənistana bu fürsət pəncərəsindən maksimum yararlanmaqda kömək etməyə hazırdır”, – USAİD rəhbəri qeyd edib.