Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayevin adı Müdafiə Nazirliyinin saytındakı “Rəhbərlik” bölməsindən çıxarılıb.
Viral.az xəbər verir ki, dünənə kimi adı Müdafiə Nazirliyinin rəsmi saytında olan generalla bağlı atılan bu addıma dair hələ ki rəsmi açıqlama yoxdur.
Xatırladaq ki, bir neçə gün öncə mətbuat Kərəm Mustafayevin vəzifədən azad edildiyi, müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı postuna Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidovin gətirildiyi barədə məlumat yaymışdı.
Son Yazılar:
- Elektrik təchizatı şəbəkəsinə qoşulmada mövcud vəziyyət və fəaliyyətin qiymətləndirilməsi
- Tikinti işləri aparanların nəzərinə – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ