Azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən 4 nəfər TUTULDU

Ağdam və Tərtər Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan keçmək istəyən dörd nəfər saxlanılıb.

 

Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Son Yazılar:

 

Bildirilib ki, həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarına əsasən, onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.