Azərbaycanda dövlət işində çalışanların sayı AZALIB

2024-cü il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,4 min nəfər olmuş, onlardan 893,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

Viral.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın dövlət sektorunda çalışanların sayı son bir ildə 5.5 min nəfər azalıb, qeyri-dövlət sektorunda (özəl) çalışan muzdlu işçiləri sayı isə 28.6 min nəfər artıb. Beləliklə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı son bir ildə 23.1 min nəfər artıb.

Son Yazılar:

 

Qeyd edilib ki, muzdla işləyənlərin 18,9%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i maliyyə və sığorta fəaliyyəti, 14,5%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.