NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Vaşinqtonda keçirilmiş dünənki görüşünə toxunub.
Viral.az xəbər verir ki, Xavyer Kolomina X mikrobloqunda bildirib ki, o, xarici işlər naziri Ceyhun Bayramovla birgə Azərbaycan-NATO ikitərəfli əməkdaşlığı və sülh danışıqlarının inkişafı məsələlərini müzakirə edib.
“NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını və uzunmüddətli sülh sazişinin bağlanmasını qətiyyətlə dəstəkləyir”, – Kolomina qeyd edib.
Son Yazılar:
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
- Premyer Liqada XIV tura bu gün start VERİLƏCƏK
- Artıq onlayn nikah bağlaya biləcəksiniz