Ermənistan parlameninin hakim “Mülki müqavilə” fraksiyasının üzvü Qaqik Melkonyan deyib ki, Rusiyadan asılılığa tədricən son qoymaq lazımdır.
Viral.az-ın məlumatına görə, deputat mətbuata açıqlamasında “bir gün biz müstəqil yaşamaq üçün Rusiya qazından imtina etməli olacağıq” deyib.
“ABŞ bizi dəstəklədi, biz onlarla dost olmalıyıq. Onlarla biz bütün istiqamətlərdə çalışmalıyıq, hərbi əməkdaşlığı həyata keçirmək üçün hər şeyi etməliyik, heç kim bizdən inciməsin. Birləşmiş Ştatlar “dəhlizdə” (Zəngəzur dəhlizi nəzərdə tutulur-red.) maraqlıdır, onlar Ermənistan vasitəsilə Avropaya daxil olmaq istəyirlər, onlar artıq müqavilələri olan Mərkəzi Asiya ölkələri ilə maraqlanırlar. Onlar Ermənistan vasitəsilə Qara dənizə çıxmaq istəyirlər. Birləşmiş Ştatlar Rusiyanın bu yola çıxışının olmamasına əmindir”, – deyə deputat vurğulayıb.