Su anbarında batan gəncin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün Mingəçevir su anbarında 1 nəfər batıb. FHN əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Viral.az-ın məlumatına görə, su anbarında batan şəxs 23 yaşlı Ramiz Kazımovdur.

Son Yazılar:

 

O, Gəncə şəhərində anadan olub. Məlumata görə, gənc ailəsi ilə birlikdə Mingəçevirə istirahətə gedib və faciə yaşanıb.