Fransa prezidenti Emmanuel Makron növbədənkənar seçkilərin heç bir partiyaya səs çoxluğu qazandırmadığını nəzərə alaraq, parlamentə geniş koalisiya danışıqları aparmaq təklifi edib.
Viral.az xəbər verir ki, bu barədə “France 24”ün məlumatında bildirilib.
Makron deyib ki, deputatlar idarəetmə proqramını müzakirə etmək üçün müəyyən vaxt tapdıqda o, yeni baş naziri təyin edəcək və indiki hökumət hələlik hakimiyyətdə qalacaq.
Son Yazılar:
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
- Tanınmış xanəndə vəfat etdi – FOTO
Prezidentin sözlərinə görə, Fransanın növbəti hökuməti qanunun aliliyini, Fransanın Avropa layihəsindəki rolunu, milli müstəqilliyi və parlament idarəçiliyini dəstəkləyən respublika qüvvələri tərəfindən formalaşdırılmalıdır.
İyulun 7-də Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin ikinci turu başa çatıb.
Seçkilərdə ultra solçu “Yeni Xalq Cəbhəsi” birinci, Emmanuel Makronun koalisiyası ikinci yeri tutub. Rusiyayönlü fikirləri və bəyanatları ilə tanınan Marin Le Penin partiyası üçüncü yerdə gəlir.