Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinə ölkənin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib.
Viral.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu vitse-spiker jurnalistlərin sualını cavablandırarkən deyib.
“Ermənistan və onun təhlükəsizlik sistemi ilə bağlı bütün problemlər hakimiyyət tərəfindən ölkənin maraqları naminə həll edilir”, – A.Arşakyan qeyd edib.
Son Yazılar:
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
- Tanınmış xanəndə vəfat etdi – FOTO
- Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş ETDİ
Arşakyan onu da deyib ki, İrəvanın ikitərəfli münasibətlər çərçivəsində Moskvadan cavab gözlədiyi suallar var.
“KTMT-nin fəaliyyəti, Ermənistanın təhlükəsizlik sistemi və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının icrası və ya yerinə yetirilməməsi ilə bağlı münasibətlərdə problemlər var”, – deyə Arşakyan bildirib.