Rusiyada təyyarə qəzası – 3 nəfər öldü 

Rusiyada “Sukhoi Superjet 100” təyyarəsi qəzaya uğrayıb.

 

Viral.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kolomna yaxınlığında baş verən qəzaya mühərrikin nasazlığı səbəb olub.

 

Təyyarənin göyərtəsində iki pilot və bir stüardessa olub. Qəza zamanı onların hamısı həlak olub.

 

Kolomnanın rəhbəri Aleksandr Qreçişçevin sözlərinə görə, təyyarə qəzasının dəqiq yeri Bolşoy Karasevo kəndi yaxınlığındakı meşə olub.