Bakı sakinlərinə XƏBƏRDARLIQ – Bu gün 09:00-dan…

Bakı və Abşeron yarımadası bu gün geomaqnit qasırğasının təsiri dairəsində olacaq. 

Viral.az xəbər verir ki, maqnit qasırğası bu gün saat 09 radələrindən başlayacaq və gecə 03:00-dək davam edəcək. 

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Son Yazılar:

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.