DSX Akademiyasında magistr məzunların buraxılış mərasimi keçirilib

İyulun 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında magistratura səviyyəsinin üçüncü buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Viral.az-a verilən məlumata görə, əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” kompleksi ziyarət edilib, abidə önünə güllər düzülüb.

Son Yazılar:

 

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Mərasimdə çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə yaradılan və ölkəmizin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsində mühüm rol oynayan DSX Akademiyasının magistratura səviyyəsini bitirmiş məzunları təbrik edərək bu yolda dəstəyini əsirgəməyən zabitlərə və pedaqoji heyətə minnətdarlıqlarını bildiriblər.

 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırıldıqdan sonra magistr məzunlara diplomları təqdim edilib.

 

Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Şahin Hüseynquliyev məzunlar adından çıxış edərək ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş qalib ölkənin qürurlu sərhədçiləri olaraq Dövlət Bayrağımızın vüqarla dalğalandığı sərhədlərimizin keşiyində şərəflə dayanacaqlarını qeyd edib.