Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyi olaraq qalır.
Viral.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşü zamanı deyib.
Son Yazılar:
- Makron İsrailə silah tədarükünü dayandırmağa ÇAĞIRDI
- Bir gündə 5 mindən çox livanlı Suriyaya KEÇDİ
- Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı VURDU
Məlumatda bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib:
“Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb”.