Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin yarımfinal oyunu baş tutub.
Viral.az xəbər verir ki, qızlarımız yarımfinalda Albaniya seçməsi ilə üz-üzə gəliblər.
Son Yazılar:
- Beynin “zəif nöqtəsi” TAPILDI
- İsti havada arıqlamağın yolu
- Tramp dondurulmuş 5 milyard Rusiya aktivini Ukraynaya verə bilər
Oyunun ilk dövrəsindən üstünlüyü ələ keçirən millimiz, Albaniya yığması üzərində 92-62 hesablı rahat qələbə qazanaraq, Avropa çempionatının finalına yüksəlib. Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 6 ribaund) seçilib.
Qeyd edək ki, 14 iyulda baş tutacaq final görüşündə qızlarımızın rəqibi Malta-Kipr oyununun qalibi olacaq.