Almaniyanın “Rheinmetall” silah konserninin rəhbəri Armin Papperger qatillərin hədəfinə çevrilib.
Viral.az xəbər verir ki, mətbuatda onun həyatına kimin qəsd etməsi ilə bağlı müxtəlif versiyalar var. Papperger sui-qəsd cəhdinin qarşısı alındıqdan sonra özünü təhlükəsiz hiss etdiyini bildirib və özünü xoşbəxt insan adlandırıb.
Son Yazılar:
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
- Tanınmış xanəndə vəfat etdi – FOTO
- Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş ETDİ
“Rheinmetall” rəhbərinin hücuma məruz qala biləcəyi barədə hələ ilin əvvəlində məlum olub. O zaman ABŞ-in xüsusi xidmət orqanları bu planın üstünü açdılar. Almaniya tərəfi bu barədə məlumatlandırılmışdı və 61 yaşlı Pappergerə xüsusi mühafizə verilmişdi.
Aprelin sonunda RND redaksiya birliyi artıq alman solçu ekstremistlərinin Aşağı Saksoniya federal torpağında Hermansburqda Armin Pappergerin bağ evini yandırdığını bildirmişdi. Onlar yanğına görə məsuliyyəti öz üzərinə götürdülər və “Rheinmetall” şirkətini “dövr dəyişmələrinin benefisiarlarından biri” adlandırdılar. Onların fikrincə, konsern bütün dünyada silah istehsal edir və insanları öldürür. Bu aksiyanın pərdə arxası dirijorları ilə bağlı sual açıq qalır.
May ayında isə, “Spiegel”in xəbər verdiyi kimi, Almaniyanın hüquq-mühafizə orqanları xarici kəşfiyyat tərəfdaşından silah maqnatına sui-qəsd planları haqqında yeni məlumat aldılar. O zaman onu hazırlaya biləcək şübhəli şəxsləri də nəzarətə götürdülər. Xüsusi xidmətlər bir qrup şəxsin hərəkətlərini izləyirdi. Nəşrin yazdığı kimi, söhbət bir neçə postsovet respublikasının vətəndaşından gedirdi. Onlardan bəziləri artıq Avropada idi, digərləri isə Şengen zonasına daxil olmağı planlaşdırırdı. Şübhəlilər tez-tez “Rheinmetall” şirkətinin Düsseldorfdakı mənzil-qərargahının ətrafındakı əraziyə, eləcə də xaricdə Pappergerin ziyarət etdiyi yerlərdə olublar. Lakin onların saxlanması üçün kifayət qədər dəlil yox idi. “Spiegel”in mənbələri izah etdilər ki, söhbət, çox güman ki, sözdə proksiagentlərdən gedirdi. Onları müəyyən bir işi yerinə yetirmək üçün xüsusi olaraq işə götürürlər.
“Rheinmetall” Ukraynaya tank avadanlığı və artilleriya mərmilərinin ən böyük Avropa təchizatçılarından biridir və öz açıqlamalarına görə, Qərb dünyasında ən böyük artilleriya sursatları istehsalçısıdır. Perspektivdə, Papperger “Frankfurter Allgemeine Zeitung”da xəbər verdiyi kimi, onun konserni 2026-cı ilə qədər illik artilleriya mərmisi istehsalını 1,1 milyon ədədə çatdırmaq istəyir. Ukraynadakı müharibədən əvvəl o, ildə cəmi 70 min mərmi istehsal edirdi. Yeni tankların istehsalı da planlaşdırılır. İyun ayında “Rheinmetall” Ukraynanın qərbində zirehli transportyorlar üçün təmir sexi açıb.
Sui-qəsd cəhdi “Rheinmetal” şirkətinin Baş direktorunu qorxutmadı. O bildirib ki, Ukrayna üçün silah istehsalını davam etdirir. Papperger güman edir ki, müharibə uzun müddət davam edə bilər.
“CNN”in məlumatına görə, üstü açılmış plan bütün Avropada müdafiə şirkətlərinin rəhbərlərinə qarşı planlaşdırılmış sui-qəsdlərin bir hissəsi idi