Bayden atışmadan sonra Trampa zəng etdi 

ABŞ Prezidenti Bayden Pensilvaniya ştatında hücuma məruz qalan Donald Trampa zəng edib.

 

Viral.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Son Yazılar:

 

Telefon danışığının detalları açıqlanmayıb.

 

Yerli media yazır ki, Bayden Pensilvaniya qubernatoru Coş Şapiro və Butler meri Bob Dandoya da zəng edib. 

 

Qeyd edək ki, Tramp Pensilvaniya ştatında çıxış edən zaman atışma baş verib, siyasətçi qulağından yaralanıb. Hücum etməkdən şübhəli bilinən şəxs öldürülüb. Hadisə zamanı bir mitinq iştirakçısı həlak olub, ikisi yaralanıb. Bayden hücumu pisləyib.