ABŞ və dünya liderlərindən Trampın yaralanmasına REAKSİYA

Xəbər verdiyimiz kimi, ABŞ-ın sabiq prezidenti Donald Tramp səhnədə çıxış edərkən atışma baş verib. Respublikaçı namizəd qulağından yaralanıb. Hücum etməkdə şübhəli bilinən şəxs öldürülüb.

 

Viral.az xəbər verir ki, hadisə ilə əlaqələr ABŞ siyasətçiləri və dünya liderləri Trampa dəstək ifadə ediblər.

Son Yazılar:

 

ABŞ prezidenti Co Bayden hadisəni pisləyib. O, tədbirdə iştirak edən hər kəs üçün dua etdiyini bildirib: “Onun təhlükəsiz olduğunu və yaxşı olduğunu eşitdiyimə şadam. Mən onun özü, ailəsi və mitinqdə olan hər kəs üçün dua edirəm”.

 

Ölkənin 42-ci prezidenti Bill Klinton və həyat yoldaşı Hillari, 43-cü prezident Corc Buş Trampa hücumu pisləyiblər. ABŞ-ın 44-cü prezidenti Barak Obama və xanımı Mişel də Trampa tezliklə sağalmağı arzulayıblar. Onlar ABŞ siyasətində zorakılığa yer olmadığını bildiriblər. 

 

Konqresdəki demokrat liderlər də hücumu pisləyiblər. Senat çoxluğunun lideri Çak Şumer hadisədən şoka düşdüyünü və “keçmiş prezident Trampın təhlükəsiz olmasından rahat olduğunu” deyib. Nümayəndələr Palatasında azlıqların lideri Hakik Cefris sosial media hesabında yazıb ki, hər cür siyasi zorakılıq qəbuledilməzdir.

 

İsrail Baş naziri Benyamin Netanyahu və Macarıstan Baş naziri Viktor Orban da Trampa dəstək ifadə ediblər və hücumu pisləyiblər.

 

Britaniyanın Baş naziri Ker Starmer hücumdan dəhşətə gəldiyini bildirib: “Bizim cəmiyyətlərimizdə hər hansı formada siyasi zorakılığa yer yoxdur və mənim fikirlərim bu hücumun bütün qurbanlarının yanındadır”.

 

Kanadanın Baş naziri Castin Trudo və Yaponiyanın Baş naziri Fumio Kişida da hücumu pisləyiblər. “Biz demokratiyaya meydan oxuyan istənilən zorakılığa qarşı möhkəm dayanmalıyıq. Keçmiş prezident Trampın tezliklə sağalması üçün dua edirəm”, – Kişida bildirib.

 

Hindistanın Baş naziri Narenda Modi Trampın dostu olduğunu bildirib və hücumdan dərin narahat olduğunu qeyd edib: “Hadisəni qətiyyətlə pisləyirəm. Zorakılığa siyasətdə və demokratiyada yer yoxdur”.