“Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” mövzusunda ictimai müzakirə keçirildi

Media və Mülki Cəmiyyət İctimai Birliyi iyulun 12-də Quba şəhərində yerləşən Quba Regional QHT-lərin Təlim Resurs Mərkəzində ictimai müzakirə keçirib. İctimai müzakirə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” adlı layihəsi çərçivəsində baş tutub.

Viral.az xəbər verir ki, layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov tədbiri giriş sözü ilə açaraq layihə barədə məlumat verib.

X.Əhmədov bildirib ki, layihə üzrə fəaliyyətlər Xaçmaz, Quba, Qusar, rayonlarında həyata keçirilir. Layihə rəhbərinin sözlərinə görə, Azərbaycan xalqı çoxəsrlik tolerantlıq ənənələrinə malikdir, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Çoxkonfessiyalı və çoxmillətli Azərbaycan hazırda da bu ənənələrə sadiqdir. Bu layihənin əsas məqsədi məhz belə bir şəraitdə davamlı olaraq ölkə daxilində dinlərarası dialoqun təbliğinə xidmət edən maarifçilik tədbirlərini təşkil etməkdən ibarətdir.

Son Yazılar:

Tədbirdə tanınmış publisist və araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı geniş məruzə edib. Rəsul Mirhəşimli çıxışında bildirib ki, tarix boyu yer üzünün hər bölgəsində müxtəlif mədəniyyətlər mövcud olub, bu mədəniyyətlər bir-biriləri ilə sosial və qarşılıqlı anlaşma baxımından əlaqələr qurub.

“Bu mədəniyyətlərin xalqlar və toplumlar arasında qarşılıqlı yerdəyişmələri də baş verib. Hər irq, hər millət ayrı bir mədəniyyətə sahibdir. Hər mədəniyyətin müxtəlif xüsusiyyəti var və qarşılıqlı anlaşma, tolerantlıq içərisində uzlaşmaq çərçivəsində insanlar hər mədəniyyətdən müxtəlif şeylər qazanırlar”, – deyə o əlavə edib.

O, çıxışında vurğulayıb ki, Azərbaycan xalqı çoxəsrlik tolerantlıq ənənələrinə malikdir:

“Ölkəmizdə tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıb. Azərbaycan dövləti demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir. Azərbaycan müxtəlif  sivilizasiyaların və mədəniyyətlərin  qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Multikulturalizm  və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib”.

R.Mirhəşimli bildirib ki, Azərbaycanda milli tolerantlıqla yanaşı, dini tolerinatlıq da özünə möhkəm yer edib. Bu da xalqımızın təkcə dünyagörüşü ilə bağlı deyil, eyni zamanda, müxtəlif mədəniyyətlərin bu ərazilərdə bərabər yaşaya bilmək imkanlarına bağlı məsələdir:

“Bütün din və fəlsəfələr “həqiqət” axtarışının bir nəticəsi olaraq ortaya çıxmışdır. Təbii olaraq, hamısı da “mütləq həqiqət”i açıqladığına inanarlar. Lakin bu açıqlanan dünyagörüşlərin hamısının birdən mütləq həqiqət olmasına imkan yoxdur. Fəqət heç bir cərəyan iddiasından geri çəkilməz. Bu durumda çoxmədəniyyətlilik və fərqli mədəniyyətlərin birlikdə yaşamasına imkan varmı?

Bu modelin cavabı olaraq, filosoflar dini plüralizm modelini ortaya qoyurlar. Dini plüralizm multikultural ənənələrin bərabər yaşamasına imkanlar açır. Allahın Qurani-Kərimdə buyurduğu kimi,”Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!” (“Kafirun” surəsi, ayə 6) yaşamaq müsəlman olanın başqa mədəniyyətlərə sayğı ilə yanaşmanı tövsiyə edir, digər dinlərin təmsilçiləri və inanclı olmayanlar da insanların inancına dözümlü davranmağa borcludur.

Bu modelin təlqin etdiyi baxış hər bir dinin və ya fəlsəfənin digərlərindən asılı olmadan qurtuluşa yetirə biləcəyinin mövcudluğunu tanımaqdır. Bu anlayışlar var olduqca çoxmədəniyyətlilik ənənələrinin daşıyıcılarının bərabər yaşamasında heç bir problem olmayacaq”.

Məruzədən sonra söz tədbirdə iştirak edən şəhid analarına verilib. Öncə şəhid anası Bənövşə Mustafayeva danışıb: “Mənim üçün bir şəhid anası kimi danışmaq çox çətindir. Bu gün də Qubamıza I Qarabağ müharibəsində şəhid olan balamızın nəşi gətirilib. Təsəvvür edin, axşam bu xəbəri eşidəndə hansı hallara düşdüm… Mən şəhid anasıyam, mənşəcə tatam. Ancaq Azərbaycanlı olmağımla fəxr edirəm. Burada mən özümə, eləcə də digərlərinə qarşı ögeylik görmədim, əksinə Azərbaycan dilini sevdim, bu dildə danışmağıma, bu ölkənin vətəndaşı olmağıma çox şadam”.

Digər şəhid anası Qalina Şirinbekova çıxışında bunları deyib:

“Mən əslən ukraynalıyam, burada uzun illərdir yaşayıram. Qarabağ müharibəsinə 4 oğul göndərmişəm. Onlardan biri şəhid olub. Bir dəfə rayonda keçirilən görüşdə BMT-nin nümayəndəsi mənə sual verdi ki, bu ölkədə müharibə varkən sən niyə Azərbaycandan köçmədin, övladlarını ölkədən çıxarmadın? Ona dedim ki, Azərbaycan mənim ölkəmdir! Mən Azərbaycanın suyunu içmişəm, çörəyini yemişəm, bura mənim Vətənimdir. Hara getməliyəm ki? Övladlarım da öz vətənlərini qorumaq üçün döyüşüblər. Buna görə qürur duyuram”.

Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Əhməd Nurullayev çıxışı zamanı qeyd etdi ki, Quba ərazisində yaşayan bütün azsaylı xalqlar, etnoslar bir xalqı təmsil edir, Azərbaycan xalqını. “Quba rayonu dinindən və millətindən asılı olmayaraq burada yaşayan bütün insanların əzəli və əbədi məkanlarıdır. Onların ənənələri, mədəniyyətləri, dilləri xalqımızın zənginliyidir”, – deyə o bildirib.

Quba Regional QHT-lərin Təlim Resurs Mərkəzinin direktoru Eynulla Xeyrullayevin sözlərinə görə, bu gün Azərbaycanda tolerantlıq və multikultiralizm ənənələrinin qorunmasına ölkə rəhbərliyi tərəfindən çox həssas bir yanaşma var: “Hər bir xalqın zənginliyi həmin xalqın təmsil etdiyi millətlərin çoxluğundan, müxtəlifliyidən asılıdır. Bu mənada mənim yaşadığım Quba rayonu Azərbaycanın ən zəngin bölgəsidir. Bizim zənginliyimiz burada yaşayan millətlərin çoxluğu və müxtəlifliyi ilə ölçülür. Biz bu zənginliyimizi dünyaya çatdırmalıyıq”.

Quba rayonun Xınalıq kənd sakini Ənvər Məmmədov Azərbaycan dövlətinin milli azlıqlara, etnik qruplara qayğısından danışdı, Qarabağ müharibəsinin veteranı, Qarabağ Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədri Yusif Möhbalıyev digər xalqların nümayəndələri olan döyüş dostları ilə bağlı xatirələrini bölüşdü.

APDU-nun Quba filalının əməkdaşı Nəhayət Şirinova bildirib ki, Quba rayonunda yaşayan etnik qrupların, milli azlıqların və dinlərin nümayəndələri Azərbaycan xalqı kimi çoxəsrlik tolerantlıq ənənələrinə malikdir. “Onlar bu ərazidə bizimlə birgə tarix boyu sülh, əmin-amanlıq, qarşılıqlı hörmət şəraitində yaşayıb və yaşayırlar. Multikulturalizm  və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu ən böyük sərvətlərimizdən biridir”, – deyə o əlavə edib.

O qeyd edib ki, Qubada yaşayan etnik qrupların nümayəndələri toy edəndə bir gün Azərbaycanın milli adətlərinə, ikinci gün isə öz ənənələrinə uyğun toy şənlikləri keçirirlər.

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Mirzə Ənsərli çıxışında bildirib ki, hazırda Azərbaycanda əhalinin 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudiər və digər dinlərin nümayəndələri təşkil edir:

“Quba rayonunda da müxtəlif dinlərin, etnosların yaşamasına baxmayaraq bu gün Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrini yaşadan, qoruyan bölgələrdəndir. Bu bölgədə tarixən bütün etnoslar arasında qarşılıqlı münasibətlər sağlam zəmində qurulmuşdur və qardaş kimi yaşayıblar, bizim xöşbəxtliyimizdir. Həmişə deyirik ki, Azərbaycan böyük, rəngarəng xalçadır, burada yaşayan müxtəlif xalqlar da bu xalçanın çeşnisi, ilməsi və naxışlarıdır”.

Tədbir iştirakçısı Xeyriyyə Bayraqdarova isə çıxışında Qubanın Vladimirovka kəndində yaşadığın, ahıska türkü olduğunu bildirib. Onun dediyinə görə, tarix boyu dünyanın ən tolerant ölkəsi kimi tanınan Azərbaycanın yüksək tolerantlıq ənənələri digər ölkələr üçün örnək ola bilər. Dini dözümlülük şəraitində müxtəlif dinlərin nümayəndələri dövlətimizin ətrafında sıx birləşir. Buna yalnız sevinmək olar.

Ictimai müzakirədə digər tədbir iştirakçıları da mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

“Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” - Media və Mülki Cəmiyyət İctimai Birliyi Qubada bu mövzuda ictimai müzakirə keçirilib - FOTOLAR

“Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” - Media və Mülki Cəmiyyət İctimai Birliyi Qubada bu mövzuda ictimai müzakirə keçirilib - FOTOLAR

“Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” - Media və Mülki Cəmiyyət İctimai Birliyi Qubada bu mövzuda ictimai müzakirə keçirilib - FOTOLAR

“Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” - Media və Mülki Cəmiyyət İctimai Birliyi Qubada bu mövzuda ictimai müzakirə keçirilib - FOTOLAR

“Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” - Media və Mülki Cəmiyyət İctimai Birliyi Qubada bu mövzuda ictimai müzakirə keçirilib - FOTOLAR

“Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” - Media və Mülki Cəmiyyət İctimai Birliyi Qubada bu mövzuda ictimai müzakirə keçirilib - FOTOLAR

“Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” - Media və Mülki Cəmiyyət İctimai Birliyi Qubada bu mövzuda ictimai müzakirə keçirilib - FOTOLAR

“Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” - Media və Mülki Cəmiyyət İctimai Birliyi Qubada bu mövzuda ictimai müzakirə keçirilib - FOTOLAR

“Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” - Media və Mülki Cəmiyyət İctimai Birliyi Qubada bu mövzuda ictimai müzakirə keçirilib - FOTOLAR