Muzdla çalışanların orta aylıq əməkhaqqları artdı

Ötən ilin statistik məlumatlarına əsasən, Azərbaycan iqtisadiyyatında muzdla çalışan 1 milyon 741 min 839 işçi orta aylıq nominal əməkhaqqı alıb. Onların nominal orta aylıq əməkhaqqı 933.8 manat olub.

Viral.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, muzdla çalışan 10 55 743 nəfər kişi işçi 1066, 9 manat, 68 60 96 nəfər qadın işçi isə 739,3 manat orta aylıq nominal əmək haqqı alıb.

Son Yazılar:

Xatırladaq ki, cari ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4% artaraq 1003,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.