Ukrayna NATO sammitinə niyə dəvət edilməyib?

Ukrayna müharibə vəziyyətində olduğu üçün NATO-nun sonuncu zirvə görüşünə dəvət almayıb. Eyni zamanda, dəstək məsələsi maksimum dərəcədə yerinə yetirilib.

 

Viral.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı bildirib.

Son Yazılar:

 

Onun sözlərinə görə, ölkəsi NATO-ya üzvlüyü müharibə bitən kimi əldə edəcək. Zelenski qeyd edib ki, bunun üçün hərbi-siyasi birliyin bütün üzvlərinin konsolidasiya edilmiş qərarının olması zəruridir.

 

“Ona görə də mən hesab edirəm ki, NATO-nun bu sammitində Ukrayna bizim əldə edə biləcəyimiz maksimumu əldə edib”, – deyə Zelenski bildirib.

 

Xatırladaq ki, Alyansın iyulun 9-dan 11-dək Vaşinqtonda keçirilən sammiti zamanı Ukrayna NATO-ya dəvət almayıb. Eyni zamanda, müttəfiqlər yekun kommyunikedə bəyan ediblər ki, ölkənin bloka gedən yolu dönməzdir.