16 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22:00 radələrində rels üzərinə qaldırılmış və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunmuşdu.
Viral.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə operativ fəaliyyəti nəticəsində sözügedən sahədə yol təsərrüfatında müvafiq tənzimləmə işləri görülmüş, yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanmışdı.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə