Xanımı Sabir Rüstəmxanlının deputat olduğu dairədən namizədliyini irəli sürdü

VHP sədrinin müşaviri Tənzilə Rüstəmxanlı parlament seçkilərinə 70 saylı Neftçala seçki dairəsindən qatılacaq.

Bu barədə Viral.az-a VHP Mərkəzi Seçki Qərargahından bildiriblər.

Onun sənədləri artıq 70 saylı Neftçala seçki dairəsinə təqdim edilib.

Qeyd edək ki, 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində bu dairədən Tənzilə Rüstəmxanlının həyat yoldaşı, Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı deputat seçilib. 

Bu il MSK tərəfindən aparılan islahatlar nəticəsində, S.Rüstəmxanlının deputat seçildiyi 61 saylı Neftçala seçki dairəsi dəyişdirilərək 70 saylı Neftçala seçki dairəsinə çevrilib. 

Qeyd edək ki, VHP-nin hələlik 65 dairə üzrə namizədləri dəqiqləşib.