Roman Qriqorçuk “Neftçi”nin Türkiyədə olan klub əməkdaşlarına qadağa tətbiq edib.
Viral.az xəbər verir ki, o, komandanın gündəlik məşq prosesinin bu şəxslər tərəfindən kənardan izlənməsinə icazə vermir.
Həmçinin texniki işçilərin həmin müddətdə telefondan istifadəsinə «olmaz» deyib. Xəbərdarlıq edib ki, kim bu qadhağalara məhəl qoymasa, onu böyük miqdarda cərimə gözləyir.
Son Yazılar:
- Dələduzluğa görə axtarışda olan 15 nəfər SAXLANILDI
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
- Ata öldü, qızı və nəvələri YARALANDI
Dünən düşərgədən daha bir xəbər paylaşmışdıq – ukraynalı çalışdırıcı komandanı ictimaiyyətdən “gizlətməyə” dair göstərib verib.
Paytaxt təmsilçisi qardaş ölkədə keçirdiyi ilk yoxlama matçında “Alanyaspor”u 3:1 hesabı ilə məğlub edib. «Ağ-qaralar» ötən gün Superliqanın digər təmsilçisi «Sivasspor»la üz-üzə gəlib.
Ötən oyun olduğu kimi, bu qarşılaşma da yayımlanmayıb.
Yaxınlarda 2 illik müqavilə imzalamış miütəxəssisin tapşırığına əsasən, Premyer Liqanın startına keçiriləcək bütün yoxlama görüşləri heç yerdə göstərilməyəcək.
O, oyunlardan icmal videolarının hazırlanmasına da qadağa qoyub. Həmçinin təlim-məşq toplanışının gedişindən çəkilişlərin edilməsinə icazə tanımayıb.
Qriqorçukun addımı bir məqsədə xidmət edir – rəqiblərin «Neftçi»nin mövcud durumu barədə məlumat toplamasını əngəlləmək.