Qırıcı təyyarələrimiz havaya QALXDI

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

Viral.az xəbər verir ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.

Təlim-məşq uçuşlarının ssenarisinə uyğun olaraq, Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.

Son Yazılar:

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.