Ukraynanın xarici işlər naziri Dmitri Kuleba iyulun 23-də Çinə səfər edəcək.
Viral.az xəbər verir ki, bu barədə brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib. Onun sözlərinə görə, səfər Çin Xarici İşlər Nazirliyinin dəvəti ilə reallaşacaq.
Son Yazılar:
- “Liverpul” “Mançester Siti” ilə xal fərqini 8-ə ÇATDIRDI
- Ombudsman İƏT-in Baş katibi ilə GÖRÜŞDÜ
- Tramp komandasının bir hissəsi Putinin Ukrayna ilə bağlı şərtləri ilə razılaşır
Ukrayna XİN-dən bildiriblər ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlıqdan əlavə, Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması məsələsinin müzakirəsi planlaşdırılır. “Görüşlər və danışıqlar zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq”, – deyə XİN-in rəsmi nümayəndəsi Georgi Tixiy qeyd edib.
2023-cü il fevralın 24-də Çin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair 12 bənddən ibarət plan təqdim edib. Pekinin əsas təklifləri sülh danışıqlarının bərpası və hərbi əməliyyatların dayandırılmasıdır.