İyul ayında müddətli həqiqi hərbi xidmətə çağırışın yekunları ilə bağlı müzakirə aparılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Viral.az-a verilən məlumata görə, xidmət rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub.
Dövlət Xidməti tərəfindən 2024-cü ilin iyul çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.
Son Yazılar:
- Ailələr “TikTok”-u məhkəməyə VERDİ
- Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
- Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən”
Qeyd edək ki, Mərkəzi Çağırış Komissiyasının tərkibinə daha 4 yeni dövlət qurumu (Dövlət Təhlükəsizliyi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xarici İşlər Nazirliyi) əlavə olunmaqla, üzvlərin sayı 14-ə çatıb.
İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.