UEFA Morata və Rodriyə qarşı iş açdı

 Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ispaniyalı futbolçular Alvaro Morata və Rodriyə qarşı Cəbəllütariq milliliyini mübahisələndirən mahnıya görə intizam işi açıb.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Hadisə iyulun 15-də Madriddə İspaniya millisinin futbol üzrə Avropa çempionatında qələbəsini qeyd edərkən baş verib. İyulun 16-da Cəbəllütariq Futbol Assosiasiyası UEFA-ya şikayət göndərmək qərarını açıqlayıb.

Son Yazılar:

“İyulun 15-də Madriddə 2024-cü il Avropa çempionatının kubokunun təqdimatı zamanı Rodriqo Hernandes və Alvaro Morataya qarşı UEFA İntizam Reqlamentinin 55-ci maddəsinə uyğun olaraq intizam işi başlanıb”, – UEFA-nın açıqlamasında deyilir. 

(redaktor.az)