“Fehervar” çətin komandadır – Baş məşqçi

“Sabah ağır və maraqlı oyun bizi gözləyir. Öz meydançamızda oynayırıq, azarkeşlərimizin də stadionu dolduracağını düşünürəm”.

 

Viral.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın “Fehervar” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Son Yazılar:

 

O, sabah ümidləri doğrultmaq üçün meydanda əllərindən gələni edəcəklərini bildirib: “Vacib görüşdür. Bir il bunun üçün mübarizə aparıb, gücümüzü qoymuşuq. Rəqibin necə çətin komanda olduğunu bilirik. Düşünürəm ki, sabahkı oyundan daha önəmlisi cavab görüş olacaq. Bir-birimizi tanıyacağıq. Təhlillər aparmışıq. Əvvəlki səhvlərin təkrarlanmaması üçün oyuna ciddi yanaşmalı, diqqətli olmalıyıq. Hədəfimiz bacardığımız qədər irəli getməkdir. Ümumiyyətlə, ötən il heç avrokubokları düşünmürdük, amma vəsiqə qazandıq”.

 

Baş məşqçi “Fehervar”la oyunların komanda üçün böyük təcrübə olacağını deyib:

 

“Hədəfimiz bacardığımız qədər irəli getməkdir. Yeni transferlər üçün də vaxt lazımdır. Bir neçə oyun keçirməlidirlər ki, relsə düşsünlər. Azərbaycana, komandaya uyğunlaşmaları üçün vaxta ehtiyacları var. Yoxlama oyunlarına əsasən futbolçuları qiymətləndirmək düzgün deyil, bunlar aldadıcı ola bilər. Öz oyunumuza diqqət yetirməliyik. Çətindir, amma inanıram ki, maraqlı oyun olacaq”.

 

Qeyd edək ki, “Sumqayıt” “Fehervar”la ilk oyunu iyulun 25-də evdə, cavab matçını isə avqustun 1-də səfərdə keçirəcək.