İsrailin müdafiə naziri Yoav Qalant bu səhər A-Başan diviziyasının komandiri general Yair Plainin müşayiəti ilə Məcd əş-Şəmsə gəlib.
Viral.az israelinfo-ya istinadən xəbər verir ki, o, yerli administrasiyanın rəhbəri ilə görüşüb və Hizbullahın atəşi nəticəsində 12 uşaq və yeniyetmənin həlak olması ilə bağlı druz icmasına başsağlığı verib.
“Bu, dəhşətli hadisədir. İtirilmiş uşaqlar üçün ürəyim çox ağrıyır. Bilin ki, bütün ölkə və ordu sizinlədir. Qalanları sonra danışarıq, amma siz ilk növbədə bizim həmrəyliyimizi bilməlisiniz. Günahsız uşaqlar öldü – Hizbullah məsuliyyət daşıyır və bunun əvəzini ödəyəcək”, – Qalant bildirib.