Ermənistan və Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın beşinci görüşü keçirilir.
Viral.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Xatırladaq ki, daha əvvəl danışıqların səhər Ermənistan, günorta isə Türkiyə tərəfində aparılacağı bildirilmişdi. Qeyd edək ki, xüsusi nümayəndələrin iyulun 3-dən görüşünün keçiriləcəyi barədə xəbər yayılmışdı.