ABŞ səfirliyi Hidayət Heydərovu belə təbrik etdi

ABŞ səfirliyi Azərbaycan idmançısını Olimpiya çempionu olması münasibətilə təbrik edib.

Viral.az-ın məlumatına görə, bununla bağlı ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

“Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlığınız və zəhmətiniz həqiqətən öz bəhrəsini verdi. Bu inanılmaz nailiyyətdən həzz alın – bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Təbriklər Azərbaycan Komandası – qarşıda daha böyük uğurlar və qızıl medallar ümidi ilə!”, -deyə paylaşımda qeyd olunub.

Son Yazılar:

Xatırladaq ki, azərbaycanlı cüdoçu Hidayət Heydərov ötən gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı rəqibi Con Benjamin Qabaya qalib gələrək olimpiadanın qızıl medalını qazanıb.