İsrail ordusu Livanın paytaxtı Beyrutun vurulduğunu bildirib.
Viral.az xəbər verir ki, məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
Son Yazılar:
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %-ə yaxın ARTIB
- Valideynlərin nəzərinə: Noyabrın 25-dən BAŞLAYIR
- Prezidentdən elektrik enerjisi və su təchizatı ilə bağlı
Açıqlamada Colan təpələrinə hücuma görə məsuliyyət daşıyan Hizbullah komandirinin hədəfə alındığı qeyd olunub. Hədəfin öldürüldüyü vurğulanır.
Yerli mətbuat bildirir ki, hücum döyüş təyyarələri ilə həyata keçirilib və Beyrutun cənub ətraflarında Hizbullah hədəflərinə dörd raket zərbəsi endirilib.
İsrail kanallarının məlumatına görə, hədəfə alınan şəxs Hizbullah lideri Həsən Nəsrullahın baş müşaviri, “əl-Hac Mohsen” kimi tanınan Fuad Şukrdur.
İsrail müdafiə naziri Yoav Qalant “X” hesabında Hizbullahın qırmızı xətti keçdiyini yazıb.
Qeyd edək ki, iyulun 27-də Colan təpələrində yerləşən Məcdəl Şəmsə 10-dan çox raket atılıb. Nəticədə 10-16 yaş arası 12 uşaq həlak olub, 40 nəfər yaralanıb. İsrail tərəfi hücumda Hizbullahı günahlandırsa da, təşkilat iddianı təkzib edib.