Tolik Xalq artistini döyən mühafizəçini İTTİHAM ETDİ

Prodüser Tarix (Tolik) Əliyev “Medera” hospitalının mühafizəçisi Nurəddin Cəlilovun xalq artisti Ağadadaş Ağayev haqqındakı fikirlərini yalanlayıb.

Viral.az Teleqraf.com-a istinadla xəbər verir ki, Tolik İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib:

“Ağadadaş Ağayevin məsələsi səngimək bilmir. Mühafizəçi deyir ki, Ağadadaş Ağayev məni söyüb, təhqir edib və mən kasıb olduğuma görə əzmək istəyib. Bununla insanlardan xal toplamaq istəyir. Orada özü də bilmədən yalanının üzərini açır. Deyir ki, Ağadadaş Ağayev orada öz “parkovşiki”ni dəfələrlə döyüb. Əgər sən orada olmusansa, bir kasıb döyüləndə qarşısını alardın. Deməli, sən özün də yalan danışırsan.

Son Yazılar:

Sən boynuna alırsan ki, “yerdən nazik bir dəmiri götürdüm, Ağadadaş Ağayevi onunla vurdum, yerə yıxılandan sonra kasıbları söydü və ona əlini qaldırdın ki, kasıbları əzə bilməzsən”. Sən burada nə qəhərmanlıq göstərə bilərsən?!

Düzdür, Ağadadaş Ağayev balta götürməklə səhv edib. 70 yaşında insandır. Amma sən ondan az səhv etməmisən”.