Tehrandan uçuşlar təxirə salındı

İranın paytaxtı Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından bütün istiqamətlərə uçuşlar təxirə salınıb.

Viral.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Bildirilib ki, uçuşların bu gün günortaya qədər həyata keçiriləcəyi ehtimal olunur.

Son Yazılar:

Məlumata görə, bu cür uçuş gecikmələri və ləğvlər bölgədəki hava limanlarında son bir neçə gündür davam edir.

Qeyd edək ki, aviaşirkətlər İsrail, İran və Livanın paytaxtları Təl-Əviv, Tehran və Beyruta uçuşları təxirə salıblar.

Avqustun 2-də Türkiyənin “Turkish Airlines” şirkəti İrana bütün uçuşları ləğv edib.