Nobel mükafatı laureatı Banqladeş hökumətində təmsil oluna bilər

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus baş nazir Şeyx Hasinanın istefasından sonra Banqladeşin müvəqqəti hökumətinin rəhbərlərindən biri ola bilər.

Viral.az xəbər verir ki, bu barədə “Times of India” qəzeti yazır. 

“Banqladeşdə son tələbə etirazlarının koordinatorları Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun baş müşaviri olmaqla yeni müvəqqəti hökumətin yaradılmasını təklif ediblər”, – nəşr yazır.

Son Yazılar:

Qeyd olunur ki, Yunus 2006-cı ildə mikrokredit və mikromaliyyə sahəsində qabaqcıl fəaliyyətinə görə Nobel Sülh Mükafatını alıb.

Qəzet əlavə edib ki, Yunus 2009-cu ildə ABŞ Prezidentinin Azadlıq medalı  və 2010-cu ildə Konqresin Qızıl medalı da daxil olmaqla, çoxsaylı nüfuzlu mükafatlar alıb. 

Avqustun 5-də etirazçılar Banqladeşin Baş naziri Şeyx Hasinanın Dəkkdəki rəsmi iqamətgahına basqın ediblər. Hasina istefa verib və ölkəni tərk edərək Hindistana qaçıb. Hindistanın “Hindu” qəzetinə görə, o, İngiltərədən sığınacaq istəyib. 

Banqladeşdə iğtişaşlar 2024-cü ilin iyun ayında tələbələrin məşğulluq kvotası ilə bağlı etirazları fonunda başlayıb və bu günə qədər davam edir. Etirazçılarla döyüşmək üçün ordu cəlb edilib.

(redaktor.az)