İçki içib “Tarqovı”da söyüş söydü, həbs edildi 

Səbail rayonu, Fəvvarələr Meydanında söyüş söyən şəxs həbs edilib.

 

Viral.azqaynarinfo”ya xəbər verir ki, hadisə nəticəsində 1977-ci il təvəllüdlü Lerik rayon sakini H.M. saxlanılıb. 

Son Yazılar:

 

O, avqustun 2-də, saat 11:45 radələrində Səbail rayonu, Fəvvarələr Meydanında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub.

 

H.M. içkinin təsiri altında olduğunu və özündən aslı olmayaraq, söyüş söydüyünü bildirib.

 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün müddətinə həbs edilib.