Hacı Əliyev karyerasını başa vurdu

Paris-2024 Yay Olimpiya Oyunlarını mükafatsız başa vuran Hacı Əliyev karyerasını bitirib.

 

Viral.az xəbər verir ki, 33 yaşlı idmançı bu barədə özünün instaqram hesabında paylaşım edib.

Son Yazılar:

 

O, fotosunu paylaşaraq “Bu da son!” deyib.

 

Qeyd edək ki, Hacı Əliyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal, 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında isə gümüş medal qazanıb.