İsrail ordusu Qəzza zolağında Əl-Tabain məktəb kompleksinə endirdiyi zərbələr zamanı HƏMAS və “İslami Cihad” qruplaşmalarının bölmə komandirlərininin öldürüldüyünü bildirib.
Viral.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova danışıb.
Son Yazılar:
- Rusiya ilə danışıqlar planı üzərində işləyirik
- “Əsrin müqaviləsi” birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur
- “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirildi
O qeyd edib ki, hücum zamanı zərərsizləşdirilmiş 19 nəfərin şəxsiyyəti müəyyənləşib.
“Kəşfiyyat məlumatlarına görə, qruplaşma məktəb binasından İsrailə qarşı terror aktlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat mərkəzi kimi istifadə edib”, – açıqlamada deyilir.
Qeyd edək ki, hücum ötən gün səhər saatlarında baş verib. Fələstin anklavının mülki müdafiə xidmətinin məlumatına görə, sözügedən zərbələr 11-i uşaq və 6-sı qadın olmaqla azı 93 nəfər həlak olub.