"Araz-Naxçıvan 20-yə çatdı

Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 20-ci qələbəsini qazanıb.

Viral.az xəbər verir ki, Bu, Azərbaycan Premyer Liqasının II turuna təsadüf edib.

Naxçıvan təmsilçisi evdə “Şamaxı”ya qalib gəlib – 1:0. Bu, 80-ci matçına çıxan komandanın 20-ci uğuru olub.

“Araz-Naxçıvan” evdə 15-ci qələbəsini əldə edib. Digər 5 qalibiyyət səfərdə gerçəkləşib.

Qeyd edək ki, naxçıvanlılar ilk qələbəsini 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ı ilə səfər matçında əldə edib – 1:0.