Tehranın İsrail tərəfinin hərəkətlərinə cavabı ləyaqətli və sərt olacaq.
Viral.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Qərargahının rəis müavini, briqada generalı Əli Şadmani Ordu-2024 forumu çərçivəsində TASS-a bildirib.
“İranın nöqteyi-nəzərindən, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi ilə regionda təhlükəsizlik balansını pozdu. İran kimi güclü ölkənin cavab verməli olub-olmayacağına dünya əksəriyyəti qərar vermir. İntiqam üsulunu ruhani liderimiz müəyyən edib. Bu asan seçim deyildi”, – deyə o bildirib.
Son Yazılar:
- Putin Qarabağdan gedən generala yeni vəzifə VERDİ
- Sumqayıtda kanalizasiya sistemi yenidən QURULACAQ
- 35 yaşlı vəkilə parlamentdə vəzifə verildi
“Bu vəziyyətə təsir edən iki amil var – regiondakı vəziyyət, ikincisi isə daxili məsələlərə yönəlib. Bütün dövlət xadimləri yekdilliklə belə qənaətə gəliblər ki, cavab ləyaqətli və sərt olmalıdır”, – deyə general əlavə edib.
(redaktor.az)