Göygöl Rayon Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi şübhəsilə müraciət edən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Viral.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Xatırladaq ki, avqustun 11-də Göygöl Rayon Mərkəzi Xəstəxanasına 3 fərqli ərazidən qida zəhərlənməsi şübhəsi ilə 52 nəfər müraciət edib.