Rusiya qırıcısı öz ərazisində VURULDU

Ötən gecə ukraynalı müdafiəçilər Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini məhv ediblər.

Viral.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, düşmən təyyarəsi Kursk vilayətində məhv edilib.

Son Yazılar:

“Bu gecə Kursk vilayəti ərazisində döyüş tapşırığı zamanı Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsi Ukrayna Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələrinin qüvvə və vasitələri tərəfindən məhv edilib”, – məlumatda deyilir.

Baş Qərargah qeyd edib ki, işğalçıların, onların texnika və silahlarının məhv edilməsi istiqamətində işlər davamlı olaraq davam etdirilir.

Eyni zamanda, döyüş əməliyyatlarının gedişini izləyən “Real War” teleqram kanalı Su-34-ün gecə saatlarında Kursk vilayətində məhv edildiyini iddia edir. Kanal guya düşmən təyyarəsinin yandığını göstərən video yayımlayır.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski də düşmən Su-34-ün məhv edildiyini təsdiqləyib. O, Ukrayna əməliyyatının davam etdiyi Kursk vilayətində vurulub.

(redaktor.az)