Tailand Konstitusiya Məhkəməsi Baş nazir Srettha Thavisini etik kodeksi pozmaqda günahkar bilib və vəzifəsindən uzaqlaşdırıb.
Viral.az xarici mediaya istinadla xəbər verir ki, 9 hakimdən 5-i hökumət başçısının istefasına səs verib. Onu 2024-cü ilin aprelində Pxiçit Çınbanı Baş nazir dəftərxanasında nazir təyin edilməsində yol verdiyi pozuntularda günahkar biliblər.
Belə ki, keçmiş hüquqşünas Çınban 2008-ci ilin iyununda 6 ay müddətinə həbs olunmuşdu. Buna səbəb onun korrupsiya cinayətlərinin birində keçmiş Baş nazir Taksin Çinavatanın maraqlarını müdafiə etməsi idi. O vaxt Tailand Hüquqşünaslar Şurası onun vəkillik lisenziyasını beş il müddətinə dayandırmışdı.
Son Yazılar:
- Hücum xəttində “dişsizliyimiz” nəzərə çarpır
- Kriştianu Ronaldu özünün dünya rekordunu YENİLƏDİ
- “Liverpul”un futbolçusu zədələnərək sıradan ÇIXDI
İndi isə Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) deputatları yeni Baş nazirin namizədliyini nəzərdən keçirməli və təsdiqləməlidirlər.
Xatırladaq ki, S.Thavisin 2023-cü il avqustun 22-dən bu vəzifəni tuturdu.