Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, bu il iyulun 1-nə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Bu barədə Viral.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Son Yazılar:
- Həyatı yaxın bir neçə gündə 180 dərəcə dəyişəcək BÜRCLƏR
- Hücum xəttində “dişsizliyimiz” nəzərə çarpır
- Kriştianu Ronaldu özünün dünya rekordunu YENİLƏDİ
Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 11,3 faiz artaraq 491,3 manat təşkil edib və orta aylıq əməkhaqqının 49 faizinə bərabər olub.