Rusiyanın Kursk vilayətinin hakimiyyəti sentyabrın 1-dən etibarən regionda distant təhsilin mümkün tətbiqini müzakirə edir.
Viral.az xəbər verir ki, bunu Kursk vilayətinin qubernatorunun müavini vəzifəsini icra edən Viktor Karamışev “SolovievLive”də deyib.
“Biz indi müzakirə edirik və tezliklə operativ qərargaha sentyabrın 1-dən distant təhsilin tətbiqi ilə bağlı qərarı təqdim edəcəyik”, – o bildirib.
Son Yazılar:
- Dələduzluğa görə axtarışda olan 15 nəfər SAXLANILDI
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
- Ata öldü, qızı və nəvələri YARALANDI
Onun sözlərinə görə, gündə 10-15 dəfə raket təhlükəsi ilə bağlı həyəcan siqnalları və mesajlar verilir.
“Və onlar bütün regionda elan edilir, çünki raketin hara uçacağını söyləmək çətindir”, – Karamışev deyib.
Qeyd edək ki, Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin bir çox məntəqlərini ələ keçirib. Hazırda Kurkda hərbi əməliyyatlar davam edir.
(redaktor.az)